27 Sentyabr 2018 14:09
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Hindistan vətəndaşları Mohammad Sakir, Alimuddin Saiq, SK Allarakha və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Frazın məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədiyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Sakir 10 il, Alimuddin Shaikh, SK Allarakhanın hər biri 9 il, Sajid Frazın isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə həmin şəxslər əsas cəzanı çəkdikdən sonra məcburi qaydaya Azərbaycandan çıxarılacaqlar.

İstintaqla müəyyən edilib ki‚ Hindistan vətəndaşı Mohamed Shakir 12 oktyabr 2017-ci ildən Bakı şəhərinə gəlib məskunlaşdıqdan sonra xarici ölkələrdə işləmək niyyətində olan Hindistan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb. Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan Neft Sənayesi müəssisələrində yüksək əmək haqqı vəd edilən iş yerlərinə işçi axtarılması, həmçinin ali tədris müəssisələrində təhsil almaq imkanları barədə təbliğat işləri aparıblar. Hindistan vətəndaşlarının konsaltinq şirkətlərə ödədikləri 1200-4600 dollar məbləğində pulların bir hissəsi Mohammed Shakirin bank hesabına köçürüldükdən sonra elektron turist vizası və aviobiletlərlə təmin olunaraq həmin şəxslərin Bakıya gəlməsi təşkil olunub. Hava limanında zərərçəkmişləri dəstənin digər üzvləri qarşılayıblar və Sabunçu rayonunun Maştağa, Ramana və Balaxanı qəsəbələrindəki fərdi yaşayış evlərinə aparılıblar.

Daha sonra isə onlara verilən vəd puç çıxıb və heç biri işlə təmin olunmayıb. Azərbaycanda qalmaq üçün vizanın müddəti bitdiyinə görə də onlar gizli yaşamalı olublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər