28 Sentyabr 2018 13:36
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 5-nə təyin edilib.

İttihama görə, bu il martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Natəvanı bıçaqla qətlə yetirib.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Zamin Rəsulov tutulub.

İstintaq orqanı tərəfindən Zamin Rəsulovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər