3 Oktyabr 2018 09:12
2 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçen “qanuni oğru”ların ölkə xaricinə çıxmasında problemlər var.

Teleqraf.com xəbər verir ki, hal-hazırda azadlıqda olan çeçen avtoritetlər Çeçenistanda yaşayırlar. Sonuncu dəfə onlara bir müddət əvvəl azad edimiş “Gilani Sedoy” ləqəbli Gilani Əliyev də qoşulub. Bu “qanuni oğru”lar ölkə xaricində və federasiya ərazisində demək olar ki, qeyri-fəaldırlar. Buna baxmayaraq, yaxın günlərdə vəziyyət dəyişə bilər.

Hələ ki heç bir fəal işlə məşğul olmayan Gilani Əliyev “Ded Hasan”ın kriminal qruplaşmasının üzvü olub. O, qruplaşmada özünəməxsus yerdə qərarlaşıb və kriminal çevrənin üzdə olan simalarından hesab olunur. Onun kriminal karyerasına isə intensiv həbs və saxlanılmalar mane olur.

Hazırda Gilani Əziz Batukayev (“Əziz”) və İslam Edilquriyevin (“İslam Bolşoy”) kriminal dəstəsinə qoşulub. Hazırda bu “qanuni oğrular” bir-biriləri ilə daimi əlaqədə olsalar da, heç bir koalisiya yaratmırlar. “Əziz” bu qrupda özünü lider görsə də, Gilani və İslam bununla razılaşmırlar. Hazırda Çelyabinskdə həbsdə olan Əziz Batukayevin gələcəkdə Çeçen mafiyasının lideri olacağı gözlənilir. Onun liderliyindən sonra isə “qanuni oğrular” artıq federasiya ərazisində daha çox fəaliyyət göstərməyə başlayacaqlar.

Çeçenistanda yerli kriminal vəziyyətin sahibi kimi Əziz Batukayevi görürdülər. Çox böyük çətinliklə onu Qırğızıstandan şəxsi təyyarə ilə Qrozni şəhərinə gətirmək mümkün olub. Bu onun gələcəkdə kriminal aləmdə əsas fiqurlardan olacağına işarə idi. Çeçen diasporası “Əziz”in avtoritetliyinin böyüməsi üçün əlindən gələni edir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər