11 Oktyabr 2018 12:49
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 10-da Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar 1-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar aparıb.

Müəyyən edilib ki, həmin gün saat 16 radələrində şəhərin Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi “Saipa” markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyib, qəsəbə ərazisində isə sürücünü hədələyərək avtomobilin saxlanc yerindəki 10 manatı da götürüblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər.

Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər də məhkum olunmuş Azər Abuzərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluqda şübhəli bilinən digər şəxsin tutulması üçün Sumqayıt şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov