Azərbaycanlı qadınları Rusiyada və Ukraynada cinsi istismara məruz qoyan 1977-ci il təvəllüdlü Elçin Heydərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin olunub.
Elçin Heydərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “İnterpol” xətti ilə axtarışda olan Bakı şəhər sakini Elçin Heydərov bu ilin fevralında Ukraynada tutulub.
Onun barəsində məhkəmə araşdırması aparılandan sonra bu günlərdə Azərbaycana göndərilib.
Elçin Heydərovun barəsində 2017-ci ildə axtarış elan edilib.
Məlum olub ki, Elçin Heydərov mütəşəkkil dəstənin tərkibində Azərbaycan vətəndaşı olan qadınları Rusiya və Ukraynaya aparmağı təşkil edib. Orada mütəşəkkil dəstənin üzvləri ilə birlikdə həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə edib.
İstintaq orqanı tərəfindən Elçin Heydərovun barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-1.2.2-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.
Hazırda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində istintaq hərəkətləri davam edir.