25 Oktyabr 2018 13:34
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunda arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elvin Qəhrəmanlı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.

Günelin başqa bir kişi ilə sosial şəbəkədə danışdığını öyrənən Elvin Qəhrəmanlı onunla mübahisə edib. Ər-arvad arasında mübahisə sonda cinayətlə nəticələnib.

Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elvin Qəhrəmanlı həbs edilib.

İstintaq orqanı tərəfindən Elvin Qəhrəmanlının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, Elvin Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki övladı var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər