24 Avqust 2014 17:33
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səfirlik əməkdaşına qarşı cinayət törədilib.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Əziz Əliyev küçəsi 1, mənzil 27 ünvanında yaşayan Niderland Krallığı vətəndaşı Martin De Vriz müraciət edərək bildirib ki, tanımadığı şəxs onun xeyli miqdarda pulunu oğurlayıb.

Niderland Krallığının Bakıdakı səfirliyində çalışan M. De Vriz qeyd edib ki, bir neçə gün əvvəl evdə tək olarkən qapı döyülüb. Həmin şəxs su idarəsinin əməkdaşı olduğunu və su kranlarını yoxlayacağını bildirib. Səfirlik əməkdaşı onu evə buraxıb və naməlum şəxs evə daxil olaraq hamam otağında “işləməyə” başlayıb. 15-20 dəqiqə sonra çağırılmamış qonaq ev sahibi ilə sağollaşaraq gedib. Qapını bağlayıb geri dönən M. De Vriz isə dəhlizdə qoyduğu pul kisəsinin və sənədlər qovluğunun götürüldüyünü görüb.

Pul kisəsində 300 avro pul olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

/anspress/


Müəllif:

Oxşar xəbərlər