Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini F.Əsədovun 40 manatını və mobil telefonunu əlindən alıb.
Quldurluqla üzləşən zərərçəkmiş 34-cü polis şöbəsinə şikayət edib.
Araşdırmalar zamanı məlum olub ki, F.Əsədova qarşı quldurluğu Füzuli rayon sakini Elşad Hüseynovun törətdiyi məlum olub.
Cinayəti törədən Elşad Hüseynovun Füzuli rayonunda olduğu müəyyən edilib.
Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsi və Füzuli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elşad Hüseynov Füzuli rayonunun ərazisində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.