Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində paytaxt sakini olan bir qadının içərisində 1000 ABŞ dolları və sənəd olan pulqabısı oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Qurbanov və Elşən Cəfərov saxlanılıb.