15 Noyabr 2018 15:56
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşı olan qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Rəhilə Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan proses qapalı keçirilir.

İttihama görə, Rəhilə Məmmədli Azərbaycan vətəndaşı olan üç qadını işə düzəltmək adı ilə Türkiyəyə aparıb. Orada hər üç qadını kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb.

İstintaq orqanı tərəfindən Rəhilə Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Qapalı iclasda ifadə verən Rəhilə Məmmədli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, insan alveri törətdiyini etiraf edib. Bildirib ki, qadınları Türkiyədə fahişəliyə öz könülləri ilə cəlb edib.

Rəhilə Məmmədli əlavə edib ki, həmin zərərçəkmiş qadınlar kişi müştərilərlə könüllü görüşüb, maddi gəlir əldə ediblər.

Növbəti proses dekabrın 3-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər