25 Avqust 2014 12:59
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nizami rayonu Babək prospektində “VAZ-21114” markalı avtomobillə yolu keçən Qazax rayon sakinləri Vüqar Mustafayev və Tünzalə Mustafayeva vurulub və onlar hadisə yerində ölüblər.

Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elmir Mehrəliyev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər