18 Noyabr 2018 15:10
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, rayon sakini M.Abbasovun bank hesabından 200 manatını çıxararaq oğurlanması barədə Şəmkir rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Əli Əzizov həbs edilib.

Onun rayon sakinləri olan 2 qadını aldadaraq dələduzluq yolu ilə pullarını alması da üzə çıxıb.

İstintaq araşdırması zamanı Əli Əzizovun törətdiyi digər analoji əməllərinin də üstü açılıb.

Onun cari il oktyabr ayının 21-dən noyabr ayının 5-dək olan müddətdə şəhər sakinləri olan daha 2 qadını aldadaraq bank hesablarındakı 340 manatı kart vasitəsilə çıxardığı da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər