Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisində naməlum şəxs M.Mahmudovanın 273 manatını və geyim əşyasını oğurlayıb.
Zərərçəkmiş baş verən oğurluq hadisəsi ilə bağlı 4-cü polis bölməsinə şikayət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Zümrüd Adilova saxlanılıb.
İstintaq araşdırması zamanı onun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.