25 Noyabr 2018 20:29
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın paytaxtı Mahaçqalada müğənni Maşidat Ömərova silahlı hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs müğənniyə yaşadığı evin həyətində odlu silahdan atəş açıb.

M. Ömərova yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun durumu orta-ağır kimi qiymətləndirilir.

Hadisənin səbəbləri barədə açıqlama verilmir.

Faktla bağlı cinayət işi açılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər