Türkiyənin İzmir şəhərində 2 övladının anası S.C.-ni (30) başqa bir kişiylə mesajlaşdığı iddiasıyla yumruqlayıb, kəmərlə döyərək barmağını qıran Uğur C.-nin (36) məhkəmə prosesi davam etdirilib.
İttiham edilən ər məhkəməyə qatılmayıb.
İddiaya görə, Uğur C. tanımadığı bir nömrəylə arvadının mesajlaşdığını görüb. Uğur C. yoldaşına "Kiminlə mesajlaşırsan, otağa gir, soyun" deyib. S.C. da qorxusundan deyiləni edib. Otağa girən Uğur C. yataqda uzanan arvadını öncə üzü üstə, sonra arxası üstə uzadaraq oxlovla döyməyə başlayıb.
Özünü qorumaq məqsədi ilə əlini uzadarkən S.C-nın barmağı qırılıb. Zərbənin təsirindən oxlov da qırılıb. Uğur C. bu dəfə S.C.-ni yumruqlayıb, şalvarının kəmərini çıxarıb və onu yenidən döyüb. S.C.-nin ayaqlarının ön və arxa tərəfi zərbələrdən tanınmaz hala düşüb, dodağı partlayıb.
Məhkəmə prosesi davam etdiriləcək. /Milli.az/