4 Dekabr 2018 13:34
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Canpolad Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Canpolad Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti təyin olunub və nəhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Gürcüstan vətəndaşı olan Canpolad Allahverdiyev azərbaycanlı biznesmen Elvin Musayevə qarşı dələduzluq edib.

O, Elvin Musayevin etibarından sui-istifadə edərək, Gürcüstandan ona lazer aparatı gətirəcəyi vədini verib.

Canpolad Allahverdiyev bunun müqabilində zərərçəkmişdən 121 min manat pul alıb, ancaq verdiyi vədə əməl etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər