26 Avqust 2014 12:29
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Göyçay şəhər sakini Seylan Bəkirov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı ağaca vurub və hadisə yerində ölüb.

Daha bir yol qəzası Göygöl rayonunun Quşqara kəndində qeydə alınıb. Kənd sakini Adil Bağırovun və Gəncə şəhər sakini Elvin Rzayevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. A.Bağırov hadisə yerində ölüb, Elvin Rzayev xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: