7 Dekabr 2018 20:58
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qadının evinə basqın edilib.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Xəqani küçəsində baş verib.

Naməlum şəxs dekabrın 6-da gecə saat 4 radələrində Xəqani küçəsi 7 saylı ünvanda Ələsgərova Səbinə Asif qızına məxsus evə daxil olaraq qadını yatdığı yerdə bıçaqla hədələyib və qızıl-zinət əşyalarını tələb edib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlayıb.


Müəllif: Teleqraf.com