14 Dekabr 2018 12:03
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis sosial şəbəkədə başqasının adına saxta profil açaraq sonra onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın İnstaqramda naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev saxlanılıb.

Hazırda Gəncə şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər