15 Dekabr 2018 14:57
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluğa görə axtarışda olan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi və Mingəçevir şəhər polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan yeniyetmə Mingəçevir şəhəri ərazisində saxlanılıb.

Onun Nərimanov rayonu ərazisində 1 mağazadan 453 manat pul və 1 sexdən mobil telefon və yaddaş qurğusu, 2 gözəllik salonundan pul və məişət əşyaları, Nəsimi rayonu ərazisində isə 1 mağazadan 4000 manat pul oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov