Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, dekabrın 17-də Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində Abşeron rayon sakini olan qadının içərisində 440 manat olan pulqabısını oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nəriman Məmmədov saxlanılıb.