Bakıda quldurluq etməkdə təqsirləndirilən Bəxtiyar Qayıbovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Bəxtiyar Qayıbov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il fevralın 16-da, axşam saatlarında Nərimanov rayonu ərazisində baş verib.
Həmin gün “Tofaş Şahin” markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub.
Basqın zamanı Bəxtiyar Qayıbov içərisində 119 min manat olan çantanı götürüb və aradan çıxmağa müvəffəq olub.
Hadisədən sonra o, saxlanılıb.
Məlum olub ki, Bəxtiyar Qayıbov içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürə bilib.