18 Dekabr 2018 13:30
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Daxili Işlər Nazirliyinin polkovniki həbs edilib.

Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, ədliyyə polkovniki Vera Rabinoviç Samara hava limanında rüşvət alarkən saxlanılıb.

İki nəfər vasitəçi şəxsin köməkliyi ilə mənimsənilən rüşvətin həcmi 10 milyon rubl göstərilir.

Qeyd edək ki, cinayət işi Federal Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə göndərilib.

Xanım polkovnik və vasitəçilər məhkəməyə qədər müvəqqəti saxlama məntəqəsində qalacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər