20 Dekabr 2018 16:55
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucova barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə müdafiəçinin vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Vəfa Orucovanın həbsdən azad edilməsi barədə müdafiəçinin verdiyi vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə Vəfa Orucova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, bu il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.

İstintaqa ifadə verən Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.

Bu səbəbdən ər və arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edərək pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.

İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda Nərimanov rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər