25 Dekabr 2018 16:27
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda 14 mənzildən oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, rayonun Bayıl qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq mənzildən dəyəri 9000 manat olan qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb.

Bu barədə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Qaradağ rayon sakini Fuad Fərəcov saxlanılıb.

Fuad Fərəcovun ətrafında bölmə əməkdaşlarının keçirdikləri əlavə tədbirlərlə onun Səbail rayonu ərazisində müxtəlif vaxtlarda 14 mənzildən oğurluq etdiyi məlum olub.

Saxlanılan şəxs ifadəsində mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

Fuad Fərəcov barəsində 8-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Səbail rayon Polis İdarəsinə və ya 8-ci polis bölməsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər