15 Yanvar 2019 12:16
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini olan qadın şantaj edilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, yanvarın 14-də Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə müraciət edən Bakı sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

Müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, A.İmanov zərərçəkmişi intim fotoları ilə şantaj edirmiş.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov