17 Yanvar 2019 12:39
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Masallı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayev həbs edilib.

Onun yaşadığı evdən çəkisi 2,6 kiloqramdan çox tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov