22 Yanvar 2019 11:16
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Nijeqorod vilayətində azyaşlı uşaqlarını öldürməkdə, eləcə də başqasının əmlakını oğurlamaqda ittiham olunan Yelena Kərimova barəsində istintaq yekunlaşdırılıb.

İstintaqın versiyasına görə, şübhəli şəxs ötən ilin aprel ayında kirayəyə götürdüyü KIA markalı avtomobildə 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı boğaraq öldürüb. O, elə həmin maşında ölmüş qızı və oğlunu Semenovski rayonuna gətirərək orada tərk edilmiş binada meyitləri yandırıb və hadisə yerindən qaçaraq gizlənib.

Y.Kərimovanın əri daha əvvəl soyğunçuluq və quldurluğa görə məhkum olan, hazırda isə Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilən azərbaycanlıdır.

O, müstəntiqlərə açıqlamasında cinayət işini uşaqlarını maddi cəhətdən yaxşı təmin edə bilmədiyinə görə törətdiyini bildirib.

Amma müəyyən edilib ki, qadın avtomobilin icarəsi üçün ayda 40 min rubldan çox xərcləyib, uşaqlarını öldürməzdən az əvvəl isə ölkə xaricinə istirahətə getmək üçün bilet alıb.

Bununla yanaşı, müttəhim Nijni Novqorod şəhərində tanışlarının mənzilində yaşayarkən dəyəri, təxminən, 140 min rubl olan zinət əşyasını oğurlayıb.

Təqsirləndirilən şəxs əvvəlcə cinayəti törətdiyini etiraf edib, lakin sonradan uşaqların ölümündə əli olmadığını iddia etməyə başlayıb. O, nəzarət altında saxlanılır.

Yaxın zamanlarda prokuror tərəfdən təsdiq olunmuş ittiham iddianaməsi ilə cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək./report/


Müəllif: Teleqraf.com