9 Fevral 2019 17:25
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu il yanvarın 12-dən 28-dək olan müddətdə Nəsimi rayonu ərazisində bir taxta sexindən təmir-tikinti alətləri və bir nəfərə məxsus 55 manat pul və geyim əşyaları, habelə əcnəbi vətəndaşın işlətdiyi geyim mağazasının divarına quraşdırılmış kondisionerin mis borusu oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq, qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə və saxladığına görə məhkum olunmuş A.Rəşidzadə saxlanılıb.

Onun fevralın 5-nə keçən gecə Binəqədi rayonu ərazisindəki mağazaların birindən geyim əşyaları oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər