Bakının Nəsimi rayonunda cinayət törədən şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi və Qazax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Qazax rayon sakini E.Eyvazov saxlanılıb.
Ətrafında aprılmış tədbirlərlə onun fevralın 7-də bir mağazadan 1200 manat, noutbuk və tütün məmulatı oğurlaması da müəyyən edilib.
Məlum olub ki, E.Eyvazov əvvəllər də məhkum olunub.