Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən paytaxtda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əsgərov həbs edilib.
Ondan müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.