Narkotik vasitələrin qanunsduz dövriyyəsilə məşğul olan şəxs saxlanılıb.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri zamanı rayonuin Tülü kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 46 yaşlı Xalid Bayramov saxlanılıb.
Onun üzərində şəxsi axtarış keçirilən zaman cibindən 3 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Əməliyyat - axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Baxış zamanı saxlanılan şəxsin evindən qara rəngli sellofan torbada 4 kq 555 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.