18 Mart 2019 16:47
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Anar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Anar Məmmədova 2 il sınaq müddəti olmaqla 5 il 6 ay şərti cəza verilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Anar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, ona 2 il sınaq olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilməsini istəyib.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Anar Məmmədovun barəsində ötən il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuş Elmar Vəliyevə, polis zabitlərinə qarşı edilən terror aktından sonra cinayət işi açılıb.

Anar Məmmədovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov