Mingəçevir Regional Elektrik Şəbəkəsindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Xaldan qəsəbəsi ərazisində “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-nin balansında olan və hazırda istismar olunmayan hava xəttinin 7 dayağının metal künclüklərini, habelə 2 dayağı bütövlükdə sökərək oğurlamaqda şübhəli bilinən qəsəbə sakini T.Yunusov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.