19 Mart 2019 17:50
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən iş adamı Zaur Əzimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Zaur Əzizovov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, biznesmen olan Zaur Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Z.Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.

Zaur Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyi vədini verib. Amma daha sonra aldığı məbləği geri qaytarmayıb.

Zaur Əzimov “MTN işi”ndə təqsirləndirilən general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş kimi də tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər