ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum Vidadi Məhərrəmovun həyat hekayəsindən danışılıb.
Teleqraf.com xəbər verir ki, Vidadi Məhərrəmov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Vidadi Məmmədovun sözlərinə görə, evini əvvəl kirayə verib, sonradan isə ondan əxlaqsızlıq yuvası kimi istifadə etməyə başlayıb:
"Kişilər mənə zəng edirdilır, ev lazım olduğunu deyirdilər. Mən də həmin evi saatı 5-10 manata kirayə verirdim. Gecə də, günorta da istəyən olurdu. Pulunu alıb, sonra həmin şəxsləri evə salırdım. Şəraitsiz, soyuq ev idi. Tutulanda kövrəldim, ağladım ki, niyə məni tutdular? Öz halal çörəyini qazanmaq lazımdır, belə işlər görmək düzgün deyil".
Məhkum əməlindən peşman olduğunu da deyib:
"Ona peşmanam ki, uşaqlarım onun-bunun əlində qaldı. Əzab çəkirəm, heç nədən bura düşdüm. Uşaqlarımı təzə məktəbə qoymuşdum, tərbiyə öyrədirdim. Çıxandan sonra fəhləlik edəcəm, qələt edərəm, bundan sonra, daha elə iş görmərəm, elə pul mənə lazım deyil. Uşaqlarım deyir ki, ata haradasan? Deyirəm, işdəyəm, gələrəm. Burada iş olanda, işləyirəm, pulu da ailəmə göndərirəm”.