2 May 2019 15:12
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tikinti biznesi ilə məşğul olan Türkiyə vətəndaşı, “Hom Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdölün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 8-nə təyin olunub.

Qeyd edək ki, Hikmət Yigitdöl Bakı şəhərində hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub. Bu şirkət 2008-ci ildən Bakı şəhər İcra hakimiyyətinin sərəncamı ilə paytaxtın Xocalı prospektində torpaq sahəsi alıb, hündürmərtəbəli binanın tikintisinə başlayıb.

O, vətəndaşları ev almağa cəlb edib. Sonradan bir mənzili bir neçə nəfərə sataraq dələduzluğa yol verib.

Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Hikmət Yigitdölün barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Hikmət Yigitdöl tikinti sahəsi üzrə olan biznesmen İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) şəriki olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər