11 May 2019 19:00
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə mayın 10-da, gecə saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

İki naməlum şəxs Şəki rayon sakini R.İsmayılova zor tətbiq edərək mobil telefonunu əlindən alıb.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı 24-cü polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.İsmayılov və V.Vəliyev saxlanılıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər