13 May 2019 23:00
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Qətl hadisəsini Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu törədib.

Məlumatda bildirilir ki, Ş.İbrahimov Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək oranın işçisi Kərimov Emin Vəli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki zərbə endirib. E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra Ş.İbrahimov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlayıb.

Xatırladaq ki, mayın 8-də səhər saatlarında Sumqayıt şəhər sakini, Fövəqladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, 1984-cü il təvəllüdlü çavuş Kərimov Emin Vəli oğlu iş yerinin həyətində qətlə yetirilib.


Müəllif: Mənbə/Trend