17 May 21:42

Bakıda bərbərə saxta əsginas veriblər.

Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 2 ünvanındakı kişi salonunda bərbər işləyən Xudiyev Toğrul Rövşən oğlu polisə müraciət edərək bildirib ki, həmin salonda müştəri ona göstərdiyi xidmətə görə 50 manatlıq saxta əsginas verərək 40 manat alıb hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report