20 May 2019 23:40
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində baş verib.

Həmin sexdə işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib.

Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com