Şəmkir rayonunda arvadını və qayınanasını öldürməyə cəhd edən 1987-ci il təvəllüdlü Elnar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 12-nə təyin olunub.
İttihama görə, Şəmkir rayonun Kür qəsəbəsində Elnar Cəfərov həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərova ilə qaynanası, 1957-ci il təvəllüdlü Nailə Eyyubovanı ət doğramaq üçün istifadə edilən çapacaqla çoxsaylı zərbələr endirərək öldürməyə cəhd edib.
Bu dəhşətli hadisə bu ilin fevralın 14-də baş verib.
Qonşuların səs-küyə hadisə yerinə gəlməsi nəticəsində Elnar Cəfərov onları öldürə bilməyib.
İstintaq orqanı tərəfindən Elnar Cəfərovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.