Bakının Nizami rayonunda ticarət mərkəzindən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində qeydə alınıb. Ticarət mərkəzindəki i mağazalarda işləyən Ağabəyim Xəlilova, Əhməd Əliyev və Alim Babayevə məxsus pul, planşet və sənədlər oğurlanıb.
24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı Əfsanə Məmmədova tutulub.
Hacı Zeynalov