Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanov və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əsginaslar götürülüb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, araşdırmalarla onların saxta əsginasları həmyerliləri E.Niftiyevdən almaları müəyyən edilib.
Görülmüş tədbirlərlə E.Niftiyev də saxlanılıb.