28 İyun 2019 12:34
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində dələduzluq edən şəxsin barəsində cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dələduzluq etmiş H.Ağayev həbs edilib.

Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə daha 12 nəfəri viza düzəltmək adı ilə aldadıb, onlardan ümumilikdə 56913 manat pul alması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər