10 Sentyabr 2014 00:54
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda ağır yol qəzası baş verib.

Teleqraf.com-un Qarabağ bölgəsində olan müxbirinin verdiyi məlumata görə, avtoqəza, rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Hadisə zamanı VAZ 21 099 markalı avtomobillə, VAZ 21 011 markalı minik maşınları toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb. Yaralılar dərhal Quzanlı qəsəbəsində yerləşən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlarlara ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan biri aldığı xəsartlərdən Bərdə MRX-da dünyasını dəyişib.

Hazırda hadisə yerində araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Daşqın Abdullayev


Müəllif: