10 Sentyabr 2014 10:19
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, avqustun 29-da, saat 14 radələrində İ.Dadaşov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini Əbülfəz Rəhimovu hədələyərək mobil telefonunu və əynindəki cins gödəkçəsini alaraq gediblər.
Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində soyğunçuluqda şübhəli bilinən Astara rayon sakini Novruz Baxşıyev və Mingəçevir şəhər sakini Elgün Asifli tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər