2 İyul 2019 13:17
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda ittiham olunan Penitensiar Xidmətin mühafizə alayının bölük komandiri Kazım Həsənovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə Kazım Həsənov ifadə verib.

O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, əsgərləri şəhərə buraxan zaman hərbi biletlərini onların özünə verib və heç bir əsgərdən şəhərə buraxılış üçün pul almayıb.

Onun sözlərinə görə, ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb: "Əsgərlərdən biri o birinə güllə atmışdı. Əsgər Qasımzadə ilə başqa bir əsgər arasında mübahisə olmuşdu. Əsgərlərdən birinin digəri ilə problemi var idi. Eşitdiyimə görə, əsgər əsgəri təhqir etmişdi. Amma bu hadisənin mənə heç bir aidiyyəti yox idi".

Növbəti proses iyulun 9-da davam edəcək.

İttihama görə, Kazım Həsənov həftə sonu şəhərə çıxmaq üçün buraxılış vərəqəsi verməkdən ötrü hər əsgərdən 30-40 manat məbləğində rüşvət almaqda ittiham olunur.

İstintaq orqanı tərəfindən Kazım Həsənovun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər