Bu gün Bakı Apelyasiya Məhkəməsində oğurluğa cəhddə təqsirləndirilən Çin vətəndaşları Hang Yunguan, Zung Huylung, Xu Zhinkg, Jan Xuylinin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.
Prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 29.177-ci (oğurluğa cəhd) maddəsinə əsasən ittiham olunublar.
Hacı Zeynalov