Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Daçqın Gəncaliyev 3 il 3 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Daşqın Gəncaliyev bir qadınla tanış olub.
Bir müddət sevgili kimi görüşəndən sonra Daşqın Gəncaliyev qadına hədə-qorxu gələrək pul tələb edib.
Zərərçəkənin şikayəti əsasında Daşqın Gəncaliyev həbs edilib.
Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib.